hia.az
hia.az

"Rus əsgərləri Ukraynanın sərhədini keçərsə..." - Bayden

319 dəfə baxılıb 21-01-2022, 11:11

"Rus əsgərləri Ukraynanın sərhədini keçərsə..." - Bayden

ABŞ prezidenti Co Bayden komandası ilə Ağ Evdə infrastruktur gündəminə dair görüşdən əvvəl keçirdiyi mətbuat konfransında Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı dediklərinə aydınlıq gətirib.

Baydenin sözlərinə görə, Ukrayna sərhəddində cəmlənmiş Rusiya hərbi birləşmələrinin Ukrayna sərhədinə keçməsi “işğal” demək olacaq və bu halda Rusiya “ağır bədəl” ödəyəcək.

Bayden Rusiya prezidenti Vladimir Putinlə görüşlərində ABŞ-ın mövqeyini açıq şəkildə nümayiş etdirdiklərini bildirib:

“Bölgədə yığılan rus hərbi birləşmələri Ukrayna sərhədini keçərsə, bu, işğaldır. Həmin zaman Rusiya "ciddi və koordinasiya iqtisadi nəticələri" ilə qarşılaşacaq".

Rusiyanın Ukraynaya müdaxilə etmək üçün hərbiləşdirilmiş qüvvələrdən istifadə etməsinin mümkün olduğunu qeyd edən Bayden, "Rusiya əsgərləri boz bölgələrdəki hücumlarda uniforma geyinmir. Biz də bunlara hazır olmalıyıq", - deyə xəbərdarlıq edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi