hia.az
hia.az

Bələdiyyə sədrinin qardaşı oğlu Rusiyada qətlə yetirildi

242 dəfə baxılıb 20-01-2022, 20:40

[medium]https://www.xeberler.org/uploads/posts/2022-01/1642685528_1642684208_61e95da85ce8961e95da85ce8a164268381661e95da85ce8661e95da85ce87-1.jpg[/medium]

Azərbaycanlı gənc Rusiyada qətlə yetirilib.

Hadisə Yaroslavl şəhərində baş verib. Rusiya vətəndaşı, 10 il məhkumluq həyatı yaşamış şəxs spirtli içki qəbul edərək küçədə azərbaycanlı gənc, 2002-ci il təvəllüdlü Rəhimov Məhəmməd Zöhrab oğluna yaxınlaşaraq ondan pul tələb edib. Aralarında yaranan mübahisə zamanı adı hələ ki, bilinməyən, rus milliyyətindən olan şəxs üzərində gəzdirdiyi bıçaqla qəflətən Məhəmməd Rəhimova xəsarət yetirib. O, ağır vəziyyətdə xəstəxanaya aparılsa da, dünyasını dəyişib.

Yaroslavl şəhərindəki ali məktəblərdən birinin tələbəsi olan 20 yaşlı Məhəmməd Rəhimovun meyiti bu gün Göyçay şəhərinə gətirilərək dəfn edilib.

Qeyd edək ki, Məhəmməd Rəhimov Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimovun qardaşı oğludur.

Faktla bağlı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (Apa)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi