hia.az
hia.az

Hindistanda 400-dən çox parlament əməkdaşı COVID-ə yoluxub

271 dəfə baxılıb 10-01-2022, 10:47

Hindistanda 400-dən çox parlament əməkdaşı COVID-ə yoluxub

Hindistanda 400-dən çox parlament əməkdaşının COVID-19-a yoluxduğu açıqlanıb.

Yerli medianın xəbərinə görə, parlamentində büdcə müzakirələrindən əvvəl çoxlu sayda işçi virusa yoluxub.

Yanvarın 4-dən 8-dək parlamentdə sınaqdan keçirilən 1409 işçidən 402-nin koronavirus testi müsbət çıxıb.

Parlamentdən kənarda test verənlərin bu saya daxil olmadığı bildirilib.

Son günlər COVID-19-a yoluxma hallarının artdığı ölkədə indiyədək 35 milyon 528 min 4 nəfər virusa yoluxub, 483 min 790 nəfər COVID-19 səbəbindən dünyasını dəyişib.

Mənbə: TRT


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi