hia.az
hia.az

Mirqafar Seyidovun polisləri dispanserə aparması xəbərinə REAKSİYA

799 dəfə baxılıb 22-11-2014, 13:24

Mirqafar Seyidovun polisləri dispanserə aparması xəbərinə REAKSİYA

Rafail Albabayev: “Bunlar uydurma söhbətlərdir”

Bu gün mətbuatda Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi, polis general-mayoru Mirqafar Seyidovun Nizami rayon Polis İdarəsi, 25-ci Polis Bölməsində yoxlama aparması barədə məlumatlar yayılıb. Lent.az-ın məlumatına görə, xəbərdə M.Seyidovun 25-ci PB əməkdaşlarını kütləvi şəkildə avtobuslarla Respublika Narkoloji Dispanserinə apardığı qeyd olunub. Bildirilir ki, burada bölmə əməkdaşlarından qan analizi götürülüb.

Lent.az məsələ ilə bağlı 25-ci Polis Bölməsinin rəisi, polis polkovniki Rafail Albabayevlə əlaqə saxlayıb. R.Albabayev bildirib ki, “Qoraddel” rəisinin bölmədə yoxlama aparması və əməkdaşları avtobuslarla aparması xəbəri həqiqəti əks etdirmir: “Bu necə ola bilər axı? Heç Mirqafar müəllim bizim bölmədə olmayıb, yoxlama aparmayıb. Bütün bunlar uydurma söhbətlərdir”.

R.Albabayev onu da bildirib ki, polis bölməsinin əməkdaşları hamılıqla hər il iki dəfə Daxili İşlər Nazirliyinin klinikasında müvafiq analizləri verirlər.

Qeyd edək ki, M.Seyidovun 25-ci Polis Bölməsində yoxlama keçirməsi və heyəti avtobuslarla dispanserə aparması xəbərini ilk olaraq publika.az saytı yayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi