hia.az
hia.az

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC: "Yanlışlığa yol verilib"

843 dəfə baxılıb 21-11-2014, 00:27

 Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC: "Yanlışlığa yol verilib"

Nəqliyyat Nazirliyi səlahiyyətlərinin azadılması ilə bağlı xəbərlərə münasibət bildirilib. Nəqliyyat Nazirliyi “Azəriyolservis” ASC-dən Lent.az-a daxil olan məlumatda bildirilir ki, ölkə başçısının 17 noyabr 2014-ci il tarixli Fərmanının izahı ilə bağlı bəzi KİV-də yanlışlığa yol verilib: "Sözügedən fərman Nəqliyyat Nazirliyinin avtomobil yollarının çəkilməsi ilə bağlı səlahiyyətlərinin məhdudulaşdırılması deyil, avtomobil yolları haqqında qanunun 23-cü maddəsinə edilmiş dəyişikliyin icrası ilə əlaqədardır. İlk öncə qeyd edək ki, 14 may 2013-cü il tarixli Qanunla avtomobil yolları haqqında Qanuna dəyişiklik olunub. Daha sonra Qanunda edilmiş dəyişikliklərin tətbiqi ilə bağlı ölkə başçısının 2 iyul 2013-cü il tarixli 933 saylı Fərmanı olub. Nəhayət sonuncu 17 noyabr 2014-cü il tarixli Fərman Qanunun 23-cü maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinin bölgüsü barədədir. Burada göstərilir ki, ümumi istifadədə olan avtomobil yolları müvafiq icra hakimiyyəti orqanı tərəfindən adlandırılır. Belə ki, həmin Qanunun 23-cü maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini respublika və yerli əhəmiyyətli avtomobil yollarına münasibətdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təqdimatı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti, digər dövlət avtomobil yollarına münasibətdə yerli icra hakimiyyəti orqanları (şəhər rayonu icra hakimiyyəti orqanları istisna olmaqla), qəsəbə və kəndlərin ərazisində yerləşən bələdiyyə avtomobil yollarına münasibətdə müvafiq bələdiyyələrin, özəl avtomobil yollarına münasibətdə isə mülkiyyətçilərin rəyini nəzərə almaqla, yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Yəni Fərmanla ümumi istifadədə olan avtomobil yollarının adı və indeksasiyası ilə bağlı 23-cü maddə də göstərilən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinin bölgüsü müəyyən edilmişdir".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi