hia.az

Çin nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət edib

9 dəfə baxılıb Bu gün, 16:36

Çin nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət edib

"Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq Planı"na əsasən Çin Xalq Azadlıq Ordusunun Hərbi Elmlər Akademiyasının (Academy of Military Sciences - AMS) Hərbi Araşdırmalar İnstitutunun elmi işçisi, baş polkovnik Li Şuyinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyəti ilə görüşən Milli Müdafiə Universiteti (MMU) rektorunun elm və təhsil üzrə müavini general-mayor Arif Həsənov iki ölkə arasında qurulan əlaqələrin hərbi təhsil sahəsində də uğurla inkişaf etdirildiyini bildirib.

Görüşdə qonaqlara MMU və onun tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinin yaranma tarixi, təhsil sistemi, tədris prosesi, elektron qəbul qaydaları və digər mövzulara dair təqdimat nümayiş etdirilib, onları maraqlandıran suallar cavablandırılıb.

Səfər çərçivəsində qonaqlar MMU-nun Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində olublar. Onlara mərkəzin təyinatı, yaranma tarixi və vəzifələri barədə məlumatlar verilib.

Həmçinin tərəflər arasında müvafiq mövzularda geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Sonda hədiyyə mübadiləsi aparılıb və xatirə fotosu çəkdirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi