hia.az

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının sədri müəyyənləşib

7 dəfə baxılıb Bu gün, 16:23

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının sədri müəyyənləşib

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının sədri müəyyənləşib, tərkibi təsdiqlənib.

Bu təyinatlar İdarə Heyətinin bugünkü iclasında təsdiqlənib.

Bildirilib ki, Şuranın Nizamnaməsinə əsasən, qurumun sədr müavinləri növbəlilik əsasında 2 il müddətinə bu komissiyaya rəhbərliyi həyata keçirirlər. Müzakirələrdən sonra Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin sədrliyi ilə Şikayətlər üzrə komissiyanın 9 nəfərlik tərkibi təsdiq olunub.

Sonra MŞ-nin Media etikası və hüquq komissiyasının (sədr Səadət Məmmədova), Beynəlxalq əlaqələr komissiyasının (sədr Orxan Amaşov), Media ilə dövlət qurumları arasında kommunikasiya komissiyasının (sədr Elşad Eyvazlı), Media subyektləri ilə əlaqələr komissiyasının (sədr Vüqar Rəhimzadə), Sosial media istifadəçiləri ilə əlaqələr komissiyasının (sədr Hacıbəy Heydərli), Dil komissiyasının (sədr Seyfəddin Hüseynli), Media monitorinqi və analitika komissiyasının, Rəqəmsal texnologiya və süni intellekt komissiyasının, həmçinin qurumun nəznindəki Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzinin (sədr Ayaz Mirzəyev) tərkibləri müəyyənləşdirilib, həmçinin onların fəaliyyət proqramları qəbul edilib.

İclasda MŞ İdarə Heyəti üzvlərinin Şuranın fəaliyyətinin daha da sistemləşdirilməsinə yönələn təklifləri dinlənilib, bununla bağlı qurumun Katibliyinə müvafiq tapşırıqlar verilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi