hia.az

Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib

0 dəfə baxılıb Bu gün, 10:57

Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib

Azərbaycan Prezidentinin köməkçisi – Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Həsən Cəlal Dövlənin nəslindən olan Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib.

O, paylaşımda Həsən Cəlal Allahverdi bəy barədə məlumat verib.

Hikmət Hacıyev bildirib ki, XX əsrin əvvəllərinədək bu nəslin nümayəndələri Qafqaz Albaniyasının hökmdarı və Gəncəsər monastırının banisi Həsən Cəlal Dövlənin adını daşıyıb və öz şanlı əcdadlarının adını nəsildən-nəslə ötürüblər. Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsi əsrlər boyu davam edən tarixi varisliyin və əcdad yaddaşının maddi sübutu kimi xüsusi əhəmiyyət daşıyır”.

Hikmət Hacıyev qeyd edib ki, abidə nəsillər arasında tarixi bağlılığın və irsin qorunub saxlanılmasının real, maddi ifadəsidir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi