hia.az

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

3 dəfə baxılıb Bu gün, 13:43

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, məhdudiyyət səbəbindən Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsindən keçən 20 müntəzəm marşrutun (22, 24, 35, 40, 49, 55, 57, 60, 76, 78, 105, 106, 113, 141, 185, 186, 191, 208, 209 və 213 nömrəli) hərəkəti alternativ küçələrlə təşkil olunub. Bu marşrutların öz sxemi üzrə hərəkəti 1 gün ərzində bərpa ediləcək.

Mehdiabad qəsəbəsi, Cəlil Məmmədquluzadə küçəsində (Mehdiabad-Pirşağı yolu) nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunan məhdudiyyətə əsasən isə 179 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. Avtobuslar 1 həftə ərzində Təbriz, Məhəmmədhüseyn Şəhriyar, 28 May, Fazil İsmayılov və Məhəmməd Əmin Rəsulzadə küçələri ilə hərəkət edəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi