hia.az

Mikayıl Cabbarov: "SOCAR Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur"

1 dəfə baxılıb Bu gün, 15:24

Mikayıl Cabbarov: "SOCAR Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur"

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Daşkənddə keçirilən Azərbaycan-Özbəkistan IV Regionlararası Forumu zamanı bildirib.

Nazir xatırladıb ki, Azərbaycanın ən böyük dövlət şirkəti olan SOCAR "Uzbeknefteqaz" və Britaniyanın "BP" şirkəti ilə tərəfdaşlıq çərçivəsində investor qismində Özbəkistan regionlarının birində yerləşən perspektivli "Üstyurt" yatağının işlənməsində fəal iştirak edir.

"Bizə göstərilən etimadı yüksək qiymətləndiririk. SOCAR qardaş Özbəkistanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcək. Həmçinin bu gün Özbəkistanın pərakəndə ticarət bazarına daxil olunacağı, yanacaqdoldurma məntəqələri şəbəkəsinin tikintisinə investisiyalar yatırılacağı rəsmən elan ediləcək", - M.Cabbarov vurğulayıb.

Nazir əlavə edib ki, "AzerGold" QSC özbəkistanlı həmkarları ilə tərəfdaşlıq çərçivəsində geoloji-kəşfiyyat işləri aparacaq və hasilatla məşğul olacaq.

"Bütün bu fəaliyyət Özbəkistanın regionlarında həyata keçirilir", - M. Cabbarov əlavə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi