hia.az

Ekspres avtobuslar harada dayanır? - MƏKANLAR

17 dəfə baxılıb 15-08-2026, 08:37

Ekspres avtobuslar harada dayanır? - MƏKANLAR


“Bakı Metropoliteni” QSC tərəfindən həyata keçirilən xətlərin ayrılması layihəsi ilə əlaqədar yeni ekspres avtobus marşrutları açılıb.

Ekspres marşrutların təşkili metronun “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkətinin müvəqqəti dayandırılması ilə əlaqədar sərnişinlərin alternativ nəqliyyat imkanlarının təmin olunmasına xidmət edir.

Hazırda metrostansiyalar arasındakı əlaqənin kəsilməsinin kompensasiya edilməsi məqsədilə dəstəkləyici tədbir kimi AYNA tərəfindən təşkil olunan 6 yeni ekspres marşrut aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir.

Yeni ekspres marşrutlar:

M1 – metronun "Elmlər Akademiyası" və "28 May" stansiyaları;

M2 – metronun "İnşaatçılar", "Nizami" və "28 May" stansiyaları;

M3 – metronun "20 Yanvar", "Nizami" və "28 May" stansiyaları;

M4 – metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları;

M5 – metronun "20 Yanvar" və "Gənclik" stansiyaları;

M6 – metronun "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi