Kuzbassda "Raspadskaya" mədəninin demontaj kamerasında gecə saatlarında yanğın baş verib, 305 işçi təxliyə edilib, xəsarət alan yoxdur.
Bu barədə Rusiya mediası Fövqəladə Hallar Nazirliyinin Kemerovo vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Yanğının artıq söndürüldüyü bildirilir.
"Raspadskaya" Rusiyanın ən böyük kömür mədənidir, onun ehtiyatları təxminən 451 milyon ton təşkil edir. Mədən 100 minə yaxın insanın yaşadığı Mejdureçensk şəhəri yaxınlığında yerləşir.