hia.az

Yevlaxda avtoqəzada ölən şəxslərin kimliyi məlum olub, cinayət işi başlanılıb

19 dəfə baxılıb 13-08-2026, 08:40

Yevlaxda avtoqəzada ölən şəxslərin kimliyi məlum olub, cinayət işi başlanılıb


Yevlaxda iki nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanılıb.

Mingəçevir-Aran-Bəhrəmtəpə avtomobil yolunun Salahlı kəndindən keçən hissəsində Hüseynov Aqşin Eldəniz oğlunun idarə etdiyi "Mersedes Benz 200" markalı avtomobil Yevlax rayonu Salahlı kəndi istiqamətində hərəkətdə olarkən Hacıyev Akif Əli oğlunun idarə etdiyi "Lifan" markalı avtomobillə toqquşub.

Nəticədə Hacıyev Akif Əli oğlu və həmin avtomobildə olan sərnişin Hacıyev Sabir Əli oğlu almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüblər.

Həmin avtomobildə olan digər sərnişinlər - Hacıyev Elcan Sabir oğlu, Hacıyev Əli Akif oğlu, Hacıyev Nihad Sabir oğlu və Xurşudov Rza Muhiddin oğlu xəsarət alıblar.

Faktı üzrə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi