hia.az

Şəmkir RMX-nın həkimi Ceyhun Rəsulov və Arzu Əskərovanın etdiyi mioma əməliyyatından sonra xəstənin ölümü ilə bağlı prokurorluq araşdırma aparır.

21 dəfə baxılıb Bu gün, 16:28


Şəmkir rayonunun Qaracəmirli kənd sakini Şəkərova Xatirə Firail qızının Şəmkir Rayon Mərkəzi Xəstəxanasında keçirilmiş cərrahi əməliyyatdan iki gün sonra vəfat etməsi ilə bağlı araşdırma aparılır.

Məlumata görə, Xatirə Şəkərova 22 iyul 2026-cı il tarixdə uşaqlıq mioması ilə əlaqədar cərrahi əməliyyat olunub. Yaxınlarının bildirdiyinə görə, əməliyyatın həkim Rəsulov Ceyhun Fərrux oğlu və onun həyat yoldaşı Arzu Əskərova tərəfindən icra edildiyi bildirilir. Yaxınları iddia edirlər ki, ginekoloji xarakterli əməliyyat olmasına baxmayaraq, əməliyyatda müvafiq ixtisaslı ginekoloqun iştirakı olmamış və uğursuz əməliyyat icra edilmişdir.

Əməliyyatdan sonra Xatirə Şəkərovanın reanimasiya şöbəsinə deyil, palataya yerləşdirilərək, 22–24 iyul tarixlərində vəziyyətinin getdikcə ağırlaşdığı bildirilir. Yaxınlarının sözlərinə görə, bu müddətdə xəstədə davamlı və kəskin qusma, qarın nahiyəsinin nəzərə çarpacaq dərəcədə şişməsi və ümumi vəziyyətinin pisləşməsi müşahidə olunub.

İddiaya əsasən, 24 iyul 2026-cı ildə xəstənin vəziyyəti kritik həddə çatdıqdan sonra, ölümündən bir neçə dəqiqə əvvəl həkim Ceyhun Rəsulov tərəfindən reanimasiya tədbirləri görülüb. Lakin göstərilən tibbi yardıma baxmayaraq, Xatirə Şəkərova həmin gün vəfat edib.

Hadisədən sonra meyit Şəmkir Rayon Prokurorluğunun araşdırması çərçivəsində müayinə olunaraq məhkəmə-tibbi ekspertiza məqsədilə yarılıb. Yaxınlarının bildirdiyinə görə, meyit ailəyə təhvil verildikdən sonra qarın nahiyəsindəki tikiş yerindən çirkli və nəcisəbənzər mayenin xaric olması müşahidə edilib.

İlkin məlumatlarda ölümün əməliyyat zamanı bağırsağın zədələnməsi və bundan sonra yarana biləcək ağırlaşmalarla əlaqəli ola biləcəyi göstərilir.

Reportyor.tv


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi