Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, N.Cahidzadə bundan əvvəl, 2024-cü il fevralın 21-dən Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.