hia.az

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

2 dəfə baxılıb Bu gün, 08:06

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Bu gün Bakı, Göyçay, Mingəçevir və Tərtərin bəzi yerlərində işıq kəsiləcək.

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Nəriman Nərimanov, Əli bəy Hüseynzadə, Abdulla Şaiq, Zülfüqar Adıgözəlov, Cabbar Qaryağdıoğlu, Salatın Əsgərova, Murtuza Muxtarov küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Planlı fasilə saat 09:00-dan 12:00-dək Göyçay Elektrik Şəbəkəsinə (EŞ) daxil olan Qaraməryəm, Şahsoltanlı, Yekəxana kəndlərini, saat 10:00-dan 15:00-dək şəhər ərazisində Məhəmmədhüseyn Şəhriyar, Məhəmməd Əmin Rəsulzadə, Nizami küçələri, eləcə də rayonun Cəyirli, Çayarxı, Hacalıkənd, Qarabaqqal, Türkman kəndlərini əhatə edəcək.

Mingeçevir EŞ-nin ərazisində saat 09:00-dan 13:00-dək Təbriz, Yaşar Muradov, Koroğlu və Züleyxa Həsənova küçələrində enerjinin verilişində fasilə yaranacaq.

Tərtər EŞ-nin ərazisində saat 10:00-dan 12:00-dək 10 kV-luq 3 saylı "Xoruzlu" hava xəttindən qidalanan yaşayış məntəqələri gərginliksiz qalacaq.

Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi