hia.az

Rusiya "Naftoqaz"ın qaz hasilatı obyektlərinə silsilə zərbələr endirib

21 dəfə baxılıb 21-07-2026, 13:31

Rusiya "Naftoqaz"ın qaz hasilatı obyektlərinə silsilə zərbələr endirib

Rusiya qoşunları son günlər ərzində Xarkov vilayətində "Ukrayna Naftoqaz" qrupunun qaz hasilatı obyektlərinə zərbələr endirib, nəticədə avadanlıqların bir hissəsi istismardan çıxarılıb.

Bu barədə "Ukrayna Naftoqaz" qrupundan bildirilib.

Şirkətin məlumatına görə, iyulun 19-da hasilat obyektlərindən biri zərbəyə məruz qalıb, bundan sonra yanğın baş verib. Yanğın operativ şəkildə söndürülüb. Avadanlığın zədələnməsi səbəbindən qaz hasilatının bir hissəsi müvəqqəti olaraq dayandırılıb.

Bildirilib ki, iyulun 20-si Rusiya qoşunları daha bir qaz hasilatı obyektinə hücum edib. Çoxsaylı dağıntılar qeydə alınıb.

"Naftoqaz"ın məlumatına görə, hər iki hücum zamanı əməkdaşlar sığınacaqlarda olublar, xəsarət alan yoxdur.

Şirkətdən əlavə edilib ki, mütəxəssislər artıq hücumların nəticələrinin qiymətləndirilməsi və zədələnmiş infrastrukturun bərpası üzərində işləyirlər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi