hia.az

İrəvanda Fransa səfirliyinin Paşinyanın müavininin də iştirak etdiyi tədbirində əksər qonaqlar zəhərlənib

3 dəfə baxılıb Bu gün, 14:42

İrəvanda Fransa səfirliyinin Paşinyanın müavininin də iştirak etdiyi tədbirində əksər qonaqlar zəhərlənib

İyulun 14-də İrəvanda Fransanın milli bayramına həsr olunmuş tədbirdən sonra qonaqların əksəriyyəti bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

“Armat Media”nın xəbərinə görə, açıq havada istidə təşkil edilən qəbuldan bir neçə saat sonra bir çox qonaq bağırsaq infeksiyası əlamətləri ilə xəstəxanaya müraciət edib.

Məlumata görə, Fransanın Ermənistandakı səfirliyi qonaqların zəhərlənməsindən sonra üzr istəyib. Eyni zamanda, diplomatik nümayəndəlik simptomların səbəblərinin müəyyənləşdiriləcəyinə ümid edir.

Qeyd olunub ki, Fransa səfirliyi məsələ ilə bağlı Ermənistan Səhiyyə Nazirliyi ilə əlaqədədir.

Fransa səfirliyinin qəbuluna çox sayda qonaq, o cümlədən hökumət nümayəndələri, siyasətçilər, ictimai xadimlər, səfirlər dəvət edilib. Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan da tədbirdə iştirak edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi