hia.az

Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib

21 dəfə baxılıb 15-07-2026, 09:27

Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə başçəkmə həyata keçirilib.

Bu barədə Ombudsman aparatından məlumat verilib.

Bildirilib ki, həyata keçirilən növbəti başçəkmə zamanı müəssisənin yaşayış korpuslarına, inzibati, həmçinin yataq və tibb otaqlarına baxış keçirilib, saxlanma şəraiti, qidalanma, habelə tibbi yardımın təşkili ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.

Eyni zamanda, Ombudsmanın nümayəndələri tərəfindən müəssisənin sakinləri ilə görüşlər keçirilərək onların müvafiq müraciətləri qeydə alınıb, həmçinin Müvəkkilin səlahiyyətləri barədə ətraflı məlumatlar verilib.

Həmçinin qidalanmanın təşkili, dərman preparatlarının saxlanılması və yararlılıq müddətinə riayət olunması, eləcə də müəssisənin bina və infrastrukturunun texniki vəziyyəti ilə bağlı əlavə tədbirlərin görülməsini zəruri edən məsələlər müəyyən edilib.

Əvvəlki başçəkmələr çərçivəsində verilmiş tövsiyələrin icrası vəziyyəti yerində yoxlanılıb, fəaliyyətin daha da təkmilləşdirilməsi istiqamətində müvafiq tövsiyələr verilib.

Başçəkmənin nəticələrinə əsaslanaraq müəyyən olunmuş bir sıra məsələlərin həlli istiqamətində ƏƏSMN-ə müraciət ediləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi