hia.az

Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın prezidenti postuna namizədliyi irəli sürülüb

3 dəfə baxılıb Bu gün, 13:15

Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın prezidenti postuna namizədliyi irəli sürülüb


Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın prezidenti postuna namizədliyi irəli sürülüb.

"Report" Qırğızıstanın Joqorku Keneşinə (parlamentinə) istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov Joqorku Keneşin vitse-spikeri Bolot İbrahimovla görüşündə məlumat verib.

Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığa dair aktual məsələləri, o cümlədən parlamentlərarası əlaqələrin inkişafını müzakirə ediblər.

B.İbrahimov Qırğızıstan və Azərbaycan arasında ortaq tarixi, mədəni və mənəvi dəyərlərə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

O, dostluq qruplarının fəaliyyəti, parlamentarilərin səfər mübadiləsi və müvafiq komitələrin əməkdaşlığı daxil olmaqla Joqorku Keneşin Azərbaycan Milli Məclisi ilə qarşılıqlı əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Tərəflər türk ölkələri arasında parlamentlərarası dialoqun inkişafına və siyasi, iqtisadi və humanitar əlaqələrin möhkəmlənməsinə kömək edən Türk Dövlətləri Parlament Assambleyası çərçivəsində qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetiriblər.

L.Qəndilov öz növbəsində, Azərbaycan və Qırğızıstan arasında parlamentlərarası qarşılıqlı fəaliyyət də daxil olmaqla bütün istiqamətlər üzrə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.

Qeyd edək ki, hazırda Parlamentlərarası İttifaqın prezidenti Tanzaniya parlamentinin spikeri Tuliya Eksondur. O, 2023-cü il oktyabrın 27-də vəzifəsinin icrasına başlayıb, onun səlahiyyətləri 3 illik müddətə nəzərdə tutulub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi