hia.az

Tramp İranın blokadasının bərpa olunduğunu və Hörmüz boğazından daşınan yüklərə görə 20% ödəniş alınacağını elan edib

2 dəfə baxılıb Bu gün, 17:49

Tramp İranın blokadasının bərpa olunduğunu və Hörmüz boğazından daşınan yüklərə görə 20% ödəniş alınacağını elan edib

Hörmüz boğazı açıq qalacaq və ABŞ-ın onun təhlükəsizliyini təmin edəcək.

Bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” hesabında yazıb.

“Hörmüz boğazı açıqdır və İranın istəyindən asılı olmayaraq açıq qalacaq. Biz "İran blokadası"nı bərpa edirik. Bu blokada yalnız İranın gəmilərinin və ya onun müştərilərinin boğazdan giriş-çıxışını məhdudlaşdırır. Bütün digər ölkələr Hörmüz boğazından sərbəst və ədalətli şəkildə istifadə edə biləcəklər”, - ABŞ Prezidenti bildirib.

Tramp qeyd edib ki, bundan sonra ABŞ özünü "Hörmüz boğazının mühafizəçisi" hesab edəcək.

"ABŞ bu andan etibarən "Hörmüz boğazının mühafizəçisi" kimi tanınacaq. Lakin ədalət naminə təhlükəsizliyin təmin edilməsi üçün çəkilən bütün xərclərin əvəzi ödənilməlidir. Buna görə də boğazdan daşınan bütün yüklər üzrə 20 faiz həcmində ödəniş alınacaq. Bu prosesin formalaşdırılmasına dərhal başlanılacaq”, - Tramp vurğulayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi