hia.az

Pərviz Şahbazov: "Yaşıl Enerji Dəhlizi" layihəsi inkişaf mərhələsinə keçib

11 dəfə baxılıb 8-07-2026, 13:49

Pərviz Şahbazov: "Yaşıl Enerji Dəhlizi" layihəsi inkişaf mərhələsinə keçib

Bakıda keçirilən “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə 12-ci Nazirlər İclasında Texniki-İqtisadi Əsaslandırmanın uğurla tamamlandığı və layihənin rəsmi olaraq inkişaf mərhələsinə keçdiyi təsdiqlənib.

Bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Bakıda keçirilən “Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə 12-ci Nazirlər İclasında Texniki-İqtisadi Əsaslandırmanın uğurla tamamlandığını və layihənin rəsmi olaraq inkişaf mərhələsinə keçdiyini təsdiqlədik. Həmçinin layihənin Avropa İttifaqının Qarşılıqlı Maraq Kəsb edən Layihələr və Ümumi Maraq Kəsb edən Layihələr üzrə 3-cü siyahısına daxil edilməsinə dəstək məqsədilə Aİ-nin enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensenə ünvanlanmış Birgə Məktubu imzaladıq.

Birgə səylərimiz bu strateji təşəbbüsün həyata keçirilməsini sürətləndirəcək, Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, yaşıl enerji keçidinin sürətləndirilməsinə və regional əməkdaşlığın daha da dərinləşdirilməsinə mühüm töhfə verəcək,"-paylaşımda bildirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi