hia.az
hia.az

Azərbaycanda "Türk Dünyası Həftəsi" başlayıb

2 dəfə baxılıb Bu gün, 09:25

Azərbaycanda "Türk Dünyası Həftəsi" başlayıb

Bakıda Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi keçirilir.

"Report"un məlumatına görə, iyulun 3-dək davam edəcək tədbirdə bir sıra beynəlxalq elmi və mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Rəsmi hissədən sonra "Türk dünyası bir ailə kimi: ortaq məqsədlər naminə beynəlxalq türk əməkdaşlıq təşkilatlarının fəaliyyətləri" adlı plnear iclas, eləcə də "Türk dillərinin inkişaf dinamikası: tarixi və filoloji baxış" və "Birinci Türkoloji Qurultayın mirası: türk xalqlarının mədəni-elmi inteqrasiyası" adlı panellərin keçirilməsi planlaşdırılır.

Tədbirdə ümumilikdə 20 ölkədən 215 qonaq iştirak edir.

Qeyd edək ki, elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdən ibarət həftə Azərbaycan Prezidenti İlham Əliyevin "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında" 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq gerçəkləşir.

"Türk Dünyası Həftəsi" Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə keçirilir.

Xatırladaq ki, Birinci Türkoloji Qurultay ilk dəfə 1926-cı ildə Bakıda keçirilib. Prezident İlham Əliyev həmin qurultayın 100 il sonra keçirilməsi təşəbbüsünü ötən ilin oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə irəli sürüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi