hia.az

Səbinə Əliyeva: "Güclü audit sistemi korrupsiya risklərinin azaldılmasına töhfə verir"

12 dəfə baxılıb 25-06-2026, 09:59

Səbinə Əliyeva: "Güclü audit sistemi korrupsiya risklərinin azaldılmasına töhfə verir"

Güclü audit sistemi dövlətin, təsərrüfat subyektlərinin və vətəndaşların qanuni mənafelərinin qorunmasına, ictimai resurslardan səmərəli istifadəyə, korrupsiya risklərinin azaldılmasına və iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verir.

Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda keçirilən "Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində auditin rolu" mövzusunda beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, müasir dövrdə insan hüquqlarının səmərəli təminatı yalnız hüquqi mexanizmlərlə məhdudlaşmır: "Şəffaf və hesabatlı idarəetmə, dövlət vəsaitlərindən səmərəli istifadə, korrupsiyaya qarşı effektiv mübarizə, sağlam sahibkarlıq mühitinin formalaşdırılması və ictimai etimadın möhkəmləndirilməsi insan hüquqlarının etibarlı müdafiəsinin əsas şərtlərindəndir. Məhz buna görə audit institutu xüsusi əhəmiyyət daşıyır. Audit yalnız maliyyə hesabatlarının düzgünlüyünün qiymətləndirilməsi deyil, eyni zamanda şəffaflığın, hesabatlılığın, qanunun aliliyinin və məsuliyyətli idarəetmə mədəniyyətinin təmin edilməsinə xidmət edən mühüm institusional mexanizmdir".

S.Əliyeva qeyd edib ki, insan hüquqları baxımından audit şəffaflığı və hesabatlılığı gücləndirir, ictimai etimadı artırır, hüquq pozuntularının qarşısının alınmasına və sosial ədalətin təmin olunmasına xidmət edir: "Fəaliyyətimizdə insan hüquqlarının pozulmasına reaksiya verməklə yanaşı, bu cür halların qarşısının alınmasına xidmət edən preventiv mexanizmlərin inkişafına da xüsusi önəm veririk. Bu baxımdan audit institutu hüquqi dövlətin möhkəmləndirilməsi, səmərəli idarəetmənin təşviqi və insan hüquqlarının etibarlı müdafiəsi baxımından mühüm tərəfdaşdır".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi