hia.az

Pakistan XİN: ABŞ-İran texniki danışıqları gələn həftə bərpa olunacaq

19 dəfə baxılıb 24-06-2026, 13:56

Pakistan XİN: ABŞ-İran texniki danışıqları gələn həftə bərpa olunacaq

ABŞ və İran arasında texniki danışıqlar müvəqqəti fasilədən sonra gələn həftə bərpa olunacaq.

Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Tahir Andrabi bu gün keçirilən brifinqdə deyib.

"Texniki danışıqlar gələn həftənin əvvəlində bərpa olunacaq. Bu, müvəqqəti fasilədir və danışıqlar prosesi davam etdiriləcək", - o bildirib.

XİN nümayəndəsi qeyd edib ki, vasitəçi ölkələr olan Pakistan və Qətərin texniki qrupları 60 gün ərzində yekun sülh sazişinin əldə olunmasına yönəlmiş İslamabad anlaşma memorandumunun icrasına dəstək məqsədilə yaxın həftələrdə amerikalı və iranlı həmkarları ilə işi davam etdirəcəklər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi