hia.az

“Bunun sonu pis olacaq” - Zelenski

15 dəfə baxılıb 22-06-2026, 11:06

“Bunun sonu pis olacaq” - Zelenski

Polşa Prezidenti Karol Navrotskinin Ukrayna lideri Volodimir Zelenskini “Ağ Qartal” ordenindən məhrum etməsi ətrafında qalmaqal davam edir.

Volodimir Zelenski TSN telekanalına müsahibəsində də bu barədə danışıb.

“Bu qərar göstərir ki, o, ukraynalılara nifrət əhval-ruhiyyəsini qaldırmaq hesabına öz dövləti daxilində siyasi mübarizəni davam etdirir. Bu, pis hekayədir. Hesab edirəm ki, bunun sonu pis olacaq”, - Ukrayna lideri deyib.

Zelenski belə bir siyasi mübarizənin eskalasiyaya gətirib çıxara biləcəyini vurğulayıb. O, Polşa prezidentinin addımlarını yanlış hesab etdiyini dilə gətirib: “Karol - onun vəzifəsi deyil, adıdır, elə deyil? Orada demokratiyadır, monarxiya deyil. Buna görə də Ukrayna ilə münasibətləri düzgün qurmaq lazımdır”.

Xatırladaq ki, daha əvvəl Karol Navrotski Ukrayna lideri Volodimir Zelenskini ölkənin ən yüksək mükafatı olan “Ağ Qartal” ordenindən məhrum edib. O bu qərarını Ukrayna Silahlı Qüvvələrinin bir bölməsinə “UPA qəhrəmanları” adının verilməsi ilə izah edib. Buna etiraz olaraq, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və Ukrayna Prezident aparatının rəhbəri Kirill Budanov onlara verilmiş Polşa dövlət mükafatlarından imtina ediblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi