hia.az

Bazar günü Bakıda 32 dərəcə isti olacaq

12 dəfə baxılıb 20-06-2026, 13:12

Bazar günü Bakıda 32 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyunun 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-24° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın dağlıq və dağətəyi rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-14° isti, gündüz 19-24°, bəzi yerlərdə 26-29° isti olacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi