hia.az

"Bizim Maqsud müəllim" tamaşası nümayiş etdirilib

14 dəfə baxılıb 20-06-2026, 11:38

"Bizim Maqsud müəllim" tamaşası nümayiş etdirilib

Heydər Əliyev Sarayında "Bizim Maqsud müəllim" adlı tamaşanın nümayişi olub.

Xalq yazıçısı, dramaturq və ssenarist Maqsud İbrahimbəyovun (1935-2016) uşaqlıqdan sevilən qəhrəmanları bu dəfə yeni səhnə görünüşündə tamaşaçıların qarşısına çıxıb.

Səhnə əsəri kinodramaturqun ssenarisi əsasında lentə alınan "Uşaqlığın son gecəsi" (1968) və "Bizim Cəbiş müəllim" (1969) filmlərinin yeni versiyalarının yaradılması prosesi üzərində qurulub.

Tamaşada filmlərdən yaddaqalan epizodlar yenidən canlandırılıb. Həqiqi kinokameralar səhnədə baş verənləri lentə alır və görüntü real vaxt rejimində nəhəng ekrana ötürülür.

Rejissor çəkiliş prosesinə rəhbərlik edir, aktyorlar öz personajlarının motivasiyasını anlamağa çalışır və hamısı birlikdə bu qarışıqlıq içində müəllifin özünü – Maqsud İbrahimbəyovu tapmağa çalışırlar. Onlar ədibi qəhrəmanların xarakterlərində axtarır, onların həyat hekayələrini tamamlayır və talelərini daha dərindən açmağa imkan verən əlavə epizodlar yaradırlar. Tamaşaçılar Cəbiş müəllimin həyat yoldaşı ilə tanışlığının, Rüstəmin boks döyüşünün və Davudun düşdüyü dramatik cinayət hekayəsinin şahidi olurlar.

Rejissoru Konstantin Soldatov, ssenari müəllifi İsmayıl İman olan tamaşada tanınmış teatr və kino aktyorlarından ibarət geniş heyət yer alıb. Səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi