hia.az

Konfrans Liqası: Azərbaycan klubları bu gün III təsnifat mərhələsində ilk oyunlarını keçirəcəklər

56 dəfə baxılıb 7-08-2025, 08:34

Konfrans Liqası: Azərbaycan klubları bu gün III təsnifat mərhələsində ilk oyunlarını keçirəcəklər

 
"Sabah" və "Araz-Naxçıvan" UEFA Konfrans Liqasında növbəti oyunlarına bu gün çıxacaqlar.

Naxçıvan təmsilçisi III təsnifat mərhələsinin ilk matçında Bakıda Kiprin "Omoniya" klubu ilə üz-üzə gələcək.

Qarşılaşma "Dalğa Arena"da, saat 20:00-da start götürəcək. Görüşün baş hakimi çexiyalı Andrjey Berka olacaq.

"Araz-Naxçıvan" əvvəlki raundda Yunanıstanın "Aris", "Omoniya" isə Gürcüstanın "Torpedo" (Kutaisi) komandasını mübarizədən kənarlaşdırıb. Cütün qalibi pley-offda PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) duelinin məğlubu ilə görüşəcək.

"Sabah" isə Bolqarıstanda "Levski" (Sofiya) klubunun qonağı olacaq. Georgi Asparuxov adına stadionda Bakı vaxtı ilə saat 22:00-da başlayacaq matçı xorvatiyalı Duye Strukan idarə edəcək.

Bakı təmsilçisi əvvəlki mərhələdə Moldovanın "Petrokub" klubunu məğlub edib, Sofiya klubu isə Avropa Liqasında Portuqaliyanın "Braqa" kollektivinə uduzub. Cütün qalibi növbəti raundda AZ (Alkmar, Niderland) - "Vaduts" (Lixtenşteyn) duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları avqustun 14-də keçiriləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi