hia.az

Nazir: Növbəti illərdə Qarabağ Universitetinin 10 fakültəsi fəaliyyət göstərəcək

51 dəfə baxılıb 14-04-2025, 08:50

Nazir: Növbəti illərdə Qarabağ Universitetinin 10 fakültəsi fəaliyyət göstərəcək

Növbəti illərdə Qarabağ Universitetinin 10 fakültəsi fəaliyyət göstərəcək.

"Report"un Xankəndidəyə ezam olunan müxbiri xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, 2030-cu ilə qədər universitetin Musiqi fakültəsi Şuşada, Kənd təsərrüfatı fakültəsi isə Xocalıda fəaliyyətə başlayacaq.

"Qarabağ Universiteti Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasından sonra yaradılan ilk universitetdir. Bu universitetin mahiyyəti tələbələridir. Şəhərin bərpasında və inkişafında tələbələrin rolu böyükdür, odur ki, buranı seçən tələbələrə təşəkkür düşür. Çünki buradakı tələbələr başqa universitetləri də seçə bilərdilər. Hüquq fakültəsinə qəbul olanlar 600 baldan çox yığan tələbələrdir", - E.Əmrullayev əlavə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi