hia.az

Məşhur hind aktyoru bıçaqlanıb

95 dəfə baxılıb 16-01-2025, 10:49

Məşhur hind aktyoru bıçaqlanıb

Hind aktyoru Saif Əli Xan gecə saatlarında Mumbaydakı mənzilinə hücum nəticəsində altı bıçaq yarası alıb.

Bu barədə Hindistan polisi məlumat yayıb.

Məlumata görə, cinayətkar oğurluq məqsədilə aktyorun Mumbayın prestijli Bandra rayonunda yerləşən mənzilinə girib. Həmin vaxt mənzildə aktyorun həyat yoldaşı – Bollivud aktrisası Karina Kapur, onların dörd və səkkiz yaşlı iki uşağı və xidmətçi olub.

Hazırda xəstəxanada olan aktyorun həyatı üçün təhlükə yoxdur.

Cinayətkar qaçmağa müvəffəq olub və polis tərəfindən axtarışdadır. Hadisə ilə bağlı araşdırma başlanıb.

54 yaşlı Saif Əli Xan 1990-cı illərin əvvəllərindən filmlərə çəkilir. O, "Sən və Mən", "Yarış", "Omkara", "Müqəddəs Oyunlar" və digər filmlərdə baş rolları ifa edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi