hia.az

Paşinyan: Azərbaycanla normallaşma üzrə konstruktiv həllər təklif etmişik

59 dəfə baxılıb 15-01-2025, 11:57

Paşinyan: Azərbaycanla normallaşma üzrə konstruktiv həllər təklif etmişik

Ermənistan Azərbaycanla münasibətlərlə bağlı bütün məsələlər üzrə konstruktiv həllər təklif edib.

Bu barədə Ermənistan KİV-ləri baş nazir Nikol Paşinyanın sosial şəbəkələrdəki paylaşımına istinadən məlumat yayıb.

“Ermənistanın həyata keçirdiyi balanslaşdırılmış və tarazlaşdırılmış xarici siyasət özünün ilkin hüduduna çatır", - baş nazir bildirib.

N.Paşinyan Türkiyə ilə görünən qarşılıqlı anlaşma bazasının formalaşdığını qeyd edib.

Rusiya ilə münasibətlərə toxunan baş nazir bildirib ki, bu münasibətlər daha praktikdir: “Ermənistan onları qarşılıqlı faydalı əməkdaşlıq və suverenlik əsasında inkişaf etdirməyi hədəfləyir. İranla əməkdaşlıq isə təbii maraqlara əsaslanır. Bu da qarşılıqlı fəaliyyət üçün ən etibarlı baza və münasibətlərin sabitliyinin təminatıdır”.

N.Paşinyan, həmçinin qonşu Gürcüstanla münasibətlərin strateji tərəfdaşlıq orbitində olduğunu vurğulayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi