hia.az

Cənubi Koreya kəşfiyyatı: Kurskda Şimali Koreyanın 300 hərbçisi ölüb, 2700-ü yaralanıb

49 dəfə baxılıb 13-01-2025, 09:42

Cənubi Koreya kəşfiyyatı: Kurskda Şimali Koreyanın 300 hərbçisi ölüb, 2700-ü yaralanıb

İndiyədək Rusiyanın Kursk vilayətində Şimali Koreyanın 300 nəfər hərbçisi ölüb, 2700 nəfəri isə yaralanıb.

Bu barədə məlumatı Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti yayıb.

Bildirilib ki, yüksək itkilərin səbəbi Şimali Koreya ordusunun müasir müharibə texnologiyasından anlayışının olmaması, eləcə də pilotsuz uçuş aparatlarını (PUA) vura bilməməsidir.

Kəşfiyyat məlumatlarına əsasən, Koreya Xalq Demokratik Respublikasından olan komandirlər hərbçilərə əsir düşməmək üçün intihar etmək əmrini verib.

Aralarında kəşfiyyatçıların da olduğu əsirlər isə ölkələrinə göndərilməkdən imtina ediblər.(APA)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi