hia.az

UEFA Avropa Liqası: “Qarabağ” - FCSB matçının biletləri bu gün satışa çıxacaq

51 dəfə baxılıb 13-01-2025, 08:34

UEFA Avropa Liqası: “Qarabağ” - FCSB matçının biletləri bu gün satışa çıxacaq

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda baş tutacaq “Qarabağ” - FCSB (Rumıniya) matçının biletləri bu gün, saat 12:00-da satışa çıxacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VIP sektorlara biletlərin qiyməti isə 300 manatdır.

Azarkeşlər biletləri "iTicket.az"ın satış məntəqələrindən (iTicket.az-da onlayn satış), “Qarabağ” FK-nın "Park Bulvar"dakı fan-şopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - FCSB matçı saat 21:45-də başlayacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi