hia.az
hia.az

Mirzоyan: İrəvan və Bakı münasibətlərin normallaşmasında irəliləyiş qeydə alıb

19 dəfə baxılıb 8-01-2025, 13:48

Mirzоyan: İrəvan və Bakı münasibətlərin normallaşmasında irəliləyiş qeydə alıb


İrəvan və Bakı 2024-cü ildə münasibətlərin normallaşmasında irəliləyiş qeydə alıb.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan yanvarın 8-də ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

"Ötən il Azərbaycanla münasibətlərin tənzimlənməsi prosesində əhəmiyyətli irəliləyiş qeydə alınıb. Biz delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında ilk beynəlxalq-hüquqi sənədi imzalaya bildik", - A.Mirzоyan vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında delimitasiya işlərinin davam etdirilməsi barədə razılıq var: "Yanvarda iki ölkənin baş nazirlərinin müavinlərinin rəhbərliyi ilə delimitasiya komissiyalarının görüşü barədə razılıq var”.

XİN başçısı həmçinin deyib ki, İrəvan sülh sazişi layihəsi üzrə növbəti təkliflərə Bakının cavabını gözləyir: "Sazişin 17 bəndindən 15-i üzrə razılıq var".(Report)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi