hia.az

İranlı deputat: Yarım milyona yaxın insan nikah krediti ala bilmir

68 dəfə baxılıb 12-12-2024, 15:15

İranlı deputat: Yarım milyona yaxın insan nikah krediti ala bilmir

İranda yarım milyona yaxın insan nikah krediti almaq üçün növbəyə yazılıb.

Bunu İran parlamentinin İqtisadiyyat komissiyasının üzvü Hadi Məhəmmədpur bildirib.

Onun sözlərinə görə, maliyyə disbalansı yarandığı üçün kreditlərin ödənilməsinə hökumətin lazım olan resursu çatmır.

Bildirilib ki, son illərdə İranın neftdən gələn gəlirləri beynəlxalq sanksiyaların təsirinə məruz qalıb və artan hərbi xərclər də hökumətin iqtisadi gücünə təsir edib.

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf bu il dekabrın 6-da deyib: “Düşmənlər təhdid edəndə sizin üçün neftimizi bağlayacağıq” deyirdik. Bu gün hansı nefti bağlayacağıq? Bizim necə bazarımız var?”.

Bu, İran hakimiyyətinin son aylarda ağır maliyyə sıxıntıları içində olduğunu təsdiqləyir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi