hia.az
hia.az

Prezident gələn il böyük sosial islahatlar həyata keçirəcək

56 dəfə baxılıb 21-11-2024, 11:02

Prezident gələn il böyük sosial islahatlar həyata keçirəcək

“Gələn il pensiyaların indeksləşdirilməsi planlaşdırılır”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.

“Ölkə başçısı tərəfindən növbəti ildə böyük sosial islahatlar həyata keçiriləcək. Gələn il həm minimum əməkhaqqının, həm minimim pensiyanın artırılması, eyni zamanda sosial müavinətlər və təqaüdlər istiqamətində addımların atılması, pensiyaların indeksləşdirilməsi planlaşdırılır.

Ümumilikdə bu sosial islahat paketi pensiyaların indeksləşdirilməsi ilə birlikdə 3 milyon insanı əhatə edəcək. Düşünürəm ki, dövlət büdcəsi və icmal büdcə parlamentdə təsdiq olunduqdan sonra onun parametrləri təsdiq olunacaq”, - deyə nazir bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi