hia.az
hia.az

Fidandan Cənubi Qafqazla bağlı açıqlama

63 dəfə baxılıb 19-10-2024, 14:27

Fidandan Cənubi Qafqazla bağlı açıqlama

Bildiyiniz kimi, ötən gün İran, Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının xarici işlər nazirlərinin iştirakı ilə “3+3” regional məşvərət formatının 3-cü iclasına ev sahibliyi etdik.

Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Arakçı ilə birgə keçirdiyi mətbuat konfrasında deyib.

“Biz Cənubi Qafqazın gələcəyi ilə bağlı çox məhsuldar görüşlər keçirdik. Eyni zamanda Cənubi Qafqazda regional mülkiyyət anlayışı ilə əməkdaşlığımızı daha da inkişaf etdirmək istəyirik. Həm dəyərli qardaşım Arakçıya, həm də digər həmkarlarıma iştiraklarına görə bir daha təşəkkür edirəm”, - Fidan bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi