hia.az
hia.az

Fətullah Gülən uzun müddət sonra görüntüləndi - Fotolar

59 dəfə baxılıb 14-10-2024, 09:28

Fətullah Gülən uzun müddət sonra görüntüləndi - Fotolar

FETÖ terror təşkilatının lideri Fətullah Gülən uzun zamandan sonra görüntülənib.

Anadolu Agentliyi onun 1999-cu ildən bəri yaşadığı Pensilvaniya ştatındakı yeni evindən çıxarkən dronlar vasitəsilə çəkilmiş görüntülərini yayıb.

Qara rəngli “Mercedes”in ön sərnişin oturacağında əyləşən Gülən kameralara tuş gəlib.

İki lüks avtomobil naməlum istiqamətə doğru hərəkət edərək onu ərazidən uzaqlaşdırıb.

Qeyd edək ki, meşədə yerləşən və təxminən 887 min - 1 milyon dollar dəyərindəki malikanə ətrafına və girişinə yerləşdirilən təhlükəsizlik kameraları ilə mühafizə olunur.

Həyətində 4 lüks avtomobil, qar motosikleti və karavan kimi nəqliyyat vasitələri də var.(“Qafqazinfo”)







XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi