hia.az
hia.az

Hindistanda özəl helikopter qəzaya uğrayıb, ölənlər var

51 dəfə baxılıb 2-10-2024, 08:17

Hindistanda özəl helikopter qəzaya uğrayıb, ölənlər var

Hindistanın Mumbay şəhərindən uçan şəxsi helikopter ölkənin qərbində Pune şəhəri yaxınlığında qəzaya uğrayıb.

Bu barədə Hindistan Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.

"Heritage Aviation” şirkətinin Vt-EVV qeydiyyat nömrəsi olan “Agusta 109” helikopteri qəzaya uğrayıb. Hava gəmisində iki pilot və bir texnik olub. Sərnişinlər olmayıb", - İdarədən bildirilib.

Helikopterdəkilərin hamısı həlak olub.

Hadisənin başvermə şəraiti araşdırılır. İlkin məlumata görə, qəzaya qatı duman səbəb olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi