hia.az
hia.az

Tbilisi prospektində taksi duracaqları yaradılır

76 dəfə baxılıb 26-09-2024, 14:41

Tbilisi prospektində taksi duracaqları yaradılır

Taksi duracaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlanıb.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat yayıb.

Bildirilib ki, Bakının bir sıra küçə və prospektlərində 130-dan artıq taksi duracağı mövcud olsa da, onların əksəriyyəti cəlbetmə məntəqələrində təşkil edilmədiyindən bəzən nəqliyyatın hərəkətinə maneə yaradır.

Sakinlərin də müraciətləri nəzərə alınaraq artıq paytaxtın Tbilisi prospektində taksi minik avtomobilləri üçün duracaq, həmçinin minib-düşmə yerlərinin (drop off) təşkil edilməsi ilə bağlı təhlillər aparılıb və layihə hazırlanıb. Layihəyə əsasən, Tbilisi prospektində taksilərin dayana biləcəyi 6 məntəqə müəyyən edilib. Tezliklə işlərin icrasına başlanılacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi