hia.az
hia.az

Xameneinin qəzetindən Pezeşkiana: Onlarla görüşmə!

65 dəfə baxılıb 23-09-2024, 15:44

Xameneinin qəzetindən Pezeşkiana: Onlarla görüşmə!

Ölkənin islahatçı siyasi cərəyanına mənsub şəxslərin Məsud Pezeşkianın Nyu Yorka səfəri çərçivəsində ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Trampla görüşməsi barədə tövsiyələri alçaldıcıdır və prezident ehtimal olunan bu görüşlərdən imtina etməlidir.

Bu sözləri Əli Xameneinin ofisinə bağlı "Keyhan" qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari yazıb.

O, ABŞ-ın Qasım Süleymanini öldürməsini, nüvə razılaşması danışıqlarını ləğv etməsini və rəsmi Vaşinqtonun Məsud Pezeşkianın prezident seçilməsini təbrik etməməsini xatırladıb.

“Bütün bunlardan sonra ABŞ prezidentliyinə namizədlərlə görüşmək alçaq hərəkətdir və bunu tövsiyə edənlər İbrahim Rəisinin inqilabi mövqeini ayaq altına atırlar”.

Baş redaktor islahatçı siyasi cərəyan mənsublarını İranı və inqilab dəyərlərini ABŞ-la münasibətlərə qurban etməyə hazır olduqlarını deyib.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkianın BMT-nin illik sammitində iştirak üçün səfəri çərçivəsində Donald Tramp və Kamala Harrislə görüşünün olacağı barədə ehtimallar irəli sürülüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi