hia.az
hia.az

Özbəkistan Taliban hökuməti ilə 35 memorandum İMZALAYIB

14 dəfə baxılıb 19-08-2024, 10:50

Özbəkistan Taliban hökuməti ilə 35 memorandum İMZALAYIB

Əfqanıstan və Özbəkistan 2,5 milyard dollar dəyərində 35 anlaşma memorandumu imzalayıblar.

Bu barədə "Kun.uz" məlumat yayıb.

Sənədlərin imzalanması Əfqanıstanın Müvəqqəti Hökumətinin iqtisadi məsələlər üzrə baş nazirinin müavini vəzifəsini icra edən Əbdül Qani Baradar və Özbəkistanın Baş naziri Abdulla Aripovun, habelə hökumət rəsmilərinin və özəl sektorun nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

Bunlardan 12 anlaşma memorandumu 1,4 milyard dollarlıq investisiya sazişi, 23-ü isə 1,1 milyard dollarlıq ticarət sazişi olub.

Qeyd edək ki, Əfqanıstanda 2021-ci ildə hakimiyyət Taliban qruplaşması tərəfindən ələ keçirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi