hia.az
hia.az

Lukaşenko: Qərbin Belarusa qarşı sanksiyaları digər ölkələr üçün də dağıdıcıdır

60 dəfə baxılıb 17-08-2024, 14:13

Lukaşenko: Qərbin Belarusa qarşı sanksiyaları digər ölkələr üçün də dağıdıcıdır

Dayanıqlı sülh olmadan və qlobal ziddiyyətlər həlli edilmədən hər hansı inkişafı təmin etmək mümkün deyil.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Qlobal cənubun səsi” adlı videokonfrans formatında keçirilən üçüncü sammitdə deyib.

“Bu gün bir çox bölgələr müharibələr və münaqişələrlə sarsılır, silahlanma yarışı görünməmiş sürət qazanır. Lakin dayanıqlı sülh olmadan və qlobal ziddiyyətlər həlli edilmədən heç bir inkişaf mümkün deyil”, - o qeyd edib.

A.Lukaşenko, həmçinin bildirib ki, Qərbin Belarusa qarşı sanksiyaları digər ölkələrin xalqlarına dağıdıcı təsir göstərir: “Belə ki, Belarus mineral gübrələrinin ixracına qoyulan məhdudiyyətlər ən yoxsul ölkələrdə ərzaq qıtlığı və aclıq problemlərini kəskinləşdirib”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi