hia.az
hia.az

Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

22 dəfə baxılıb 4-07-2024, 14:11

Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov iyulun 5-6-da Azərbaycana işgüzar səfər edəcək.

Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib.

“Dövlət başçısı Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammitində iştirak edəcək. Növbədənkənar iclasın mövzusu nəqliyyat, əlaqə və iqlim fəaliyyəti ilə dayanıqlı gələcəyin formalaşmasının təmin edilməsidir”, - o bildirib.

M.Azımbakiyevin sözlərinə görə, sammit iştirakçıları təbii fəlakətlər, onların yaratdığı təhlükələr, iqlim dəyişikliyi və TDT-yə üzv ölkələrin nəqliyyat əlaqələrinin gücləndirilməsi ilə bağlı kollektiv cavab tədbirlərini müzakirə edəcəklər.

Sammitdə təşkilata üzv olan dövlət başçıları - Azərbaycan, Qazaxıstan, Özbəkistan, həmçinin Türkiyə və Macarıstanın hökumət başçıları iştirak edəcəklər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi