hia.az
hia.az

Dağıstanda törədilən terror aktları nəticəsində ölənlərin sayı 25-ə çatıb

82 dəfə baxılıb 25-06-2024, 10:38

Dağıstanda törədilən terror aktları nəticəsində ölənlərin sayı 25-ə çatıb

Dağıstanda törədilən terror aktları nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb, 51 nəfər yaralanıb.

Bu barədə “112” teleqram kanalı məlumat yayıb.

“Ölənlər arasında 15 polis əməkdaşı da var. Onlardan əlavə beş mülki şəxs terrorçuların qurbanı olub. Daha beş nəfərin şəxsiyyəti hələ müəyyən edilməyib”, - məlumatda bildirilib.

Qeyd edilib ki, 13 yaralının vəziyyəti ağırdır.

Xatırladaq ki, Dərbənd və Mahaçqalada naməlum şəxslər iki pravoslav kilsəsinə, sinaqoqa və yol polisi postuna hücum ediblər. İyunun 24, 25 və 26-sı Dağıstanda matəm günləri elan edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi