hia.az
hia.az

“Qarabağ”ın ÇL-dəki rəqibi bu gün bəlli olacaq

119 dəfə baxılıb 19-06-2024, 10:32

“Qarabağ”ın ÇL-dəki rəqibi bu gün bəlli olacaq

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın rəqibi bu gün bəlli olacaq.

II təsnifat mərhələsindən mübarizəyə başlayacaq təmsilçimizin rəqibi İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmanın nəticəsindən sonra müəyyənləşəcək.

Ağdam təmsilçisi səpələnmişlər siyahısında yer alacaq.

Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, UEFA-nın təlimatına əsasən Azərbaycan və Ermənistan klubları təsnifat mərhələsinin görüşlərində üz-üz gələ bilməz.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi