hia.az

Kaxa Kaladze: Azərbaycanla dostluq və sülhün alternativi yoxdur

19 dəfə baxılıb 7-04-2026, 10:36

Kaxa Kaladze: Azərbaycanla dostluq və sülhün alternativi yoxdur


Tbilisi meri Kaxa Kaladze Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfərini şərh edərək bildirib ki, region ölkələri arasında dinc və dostluq münasibətlərin dərinləşdirilməsinin alternativi yoxdur.

0, Gürcüstan və Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlığın xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Mer bildirib ki, dövlət başçılarının qarşılıqlı səfərləri bu münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.

K.Kaladze deyib ki, Yaxın Şərqdə baş verən mürəkkəb proseslər fonunda sülh və əməkdaşlıq əsas prioritet olaraq qalır.

O, həmçinin vurğulayıb ki, Gürcüstanın geosiyasi mövqeyi və xüsusilə, Orta Dəhlizdəki rolu beynəlxalq əhəmiyyət kəsb edir. Bəzi Avropa siyasətçilərinin bu rolu kifayət qədər qabartmaması siyasi qərarlarla bağlıdır.

Tbilisi meri əlavə edib ki, son illərdə Gürcüstana qarşı təzyiq və tənqidlərin artması müşahidə olunur: "Bu cür yanaşma qəbuledilməzdir və Gürcüstan müstəqil siyasət kursunu davam etdirəcək".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi