hia.az
hia.az

Ədliyyə Nazirliyində yeni təyinatlar

71 dəfə baxılıb 17-04-2024, 11:28

Ədliyyə Nazirliyində yeni təyinatlar

Ədliyyə Nazirliyində yeni təyinatlar olub. Ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Əbülfət Əliyev nazirliyin Katibliyinin rəisi vəzifəsinin müvəqqəti icrası həvalə edilib.

Bu barədə Ədliyyə Nazirliyindən bildirilib. Məlumata görə, bundan əvvəl, Ə.Əliyev Daxili İşlər Nazirliyi Katibliyinin İcra intizamına nəzarət və qeydiyyat şöbəsinin rəisi vəzifəsində işləyib.

Nazirin digər əmrləri ilə İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev işdən azad edilib və həmin vəzifənin icrası Bərdə regional ədliyyə idarəsinin rəisi Fəqan Şabanova həvalə olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi