hia.az

Ermənistan parlamentinin sədri Aİ spikerlərinin görüşünə QATILACAQ

116 dəfə baxılıb 29-03-2024, 11:55

Ermənistan parlamentinin sədri Aİ spikerlərinin görüşünə QATILACAQ

"Ermənistan ilk dəfə Avropa İttifaqı ölkələrinin parlament sədrlərinin apreldə İspaniyada keçiriləcək görüşündə iştirak edəcək".

Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib

“Ermənistan ilk dəfə olaraq gələn ayın ortalarında İspaniyada keçiriləcək Aİ ölkələrinin parlament sədrlərinin görüşündə iştirak edəcək. Ermənistan ilk dəfədir ki, bu görüşə dəvət olunub”, - o qeyd edib.

Ermənistan spikeri əlavə edib ki, hazırda postsovet ölkələrinin heç birində belə bir dəvət yoxdur, hətta Aİ-yə üzvlük üçün müraciət edən ölkələr də dəvət olunmayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi